Loqo yaradılması — yadda qalan və etibar yaradan vizual obrazdır

Loqo - sadəcə şəkil deyil.
Bu, brend haqqında ilk təəssürat, tanınma nöqtəsi və şirkətin peşəkar, etibarlı və özünə inamlı olduğunun göstəricisidir.
Biz Shukurov Marketing Group olaraq loqoları sadəcə “gözəl görünsün” deyə yox, satışa, etibara və brendin düzgün mövqelənməsinə xidmət etsin deyə yaradırıq.

Niyə loqo bu qədər vacibdir

1. İlk təəssüratı formalaşdırır

Müştərilərin 90%-i brendə inanıb-inanmayacağına ilk saniyələrdə qərar verir.
Loqo – müştərinin bütün sonrakı addımlarını təyin edir.

2. Brendi yadda qalan edir

Güclü işarə rəqiblər arasında seçilir və tez yadda qalır, hətta bazar həddindən artıq dolu olsa belə.

3. Profesional imic yaradır

Zövqlü loqo müştəriyə mesaj verir: “Biz işimizə ciddi yanaşırıq, bizə güvənə bilərsən.”

4. Bütün vizual sistemin təməlidir

Rənglər, stil, sosial şəbəkələr, qablaşdırma — hamısı loqodan başlayır.


Shukurov Marketing Group-da loqolar necə yaradılır

1. Brendin dərindən anlaşılması

Niş, dəyərlər, mövqeləndirmə, hədəf auditoriya öyrənilir.
Loqo – biznesin xarakterini əks elətdirməlidir, biz isə məhz bunu edirik.

2. Rəqiblərin analizi

Biz sizin nişinizdə olan brendlərin necə göründüyünə baxırırq. Bazarda artıq olan loqo ilə oxşar deyil, unikal və seçilən loqo yaratmaq üçün.

3.Konseptlərin hazırlanması

Biz bir-birindən üslub və məna baxımından fərqli bir neçə loqo variantı hazırlayırıq.
Hər bir variant fərqlikonsepsiyanı daşıyır.

4. Seçilmiş stilin təkmilləşdirilməsi

Siz istiqaməti seçirsiniz — biz isə onu assosiasiyaları, oxunaqlılığı, balansı və universallığı nəzərə alaraq ideal səviyyəyə çatdırırıq.

5. Bütün faylların hazırlanması

Müştəriyə təqdim olunur:
• rəngli və mono versiya
• sosial şəbəkələr, çap və sayt versiyaları
• PNG, JPEG, PDF, SVG
• brend rəng palitrası
• şrift sistemləri

Hər şey əlavə düzəlişlərə ehtiyac olmadan istifadəyə hazırdır.

Niyə bizim yanaşma peşəkardır

• Biz “şəkil xatirinə şəkil” yaratmırıq.
• Hər detalın səbəbini izah edirik
• Şablon təqdim etmirik — hər loqo sıfırdan hazırlanır
• Biz biznes məqsədinə fokuslanırıq: etibar, tanınma, premium imic, ekspertlik
• Marketinqi başa düşürük, yəni uzun müddətdə satışa təsir edən bir nişan yaradırıq

Xidmət kimlər üçündür

• Yeni açılan şirkətlər
• Brendini yeniləmək istəyən bizneslər
• İlk təəssüratın düzgün olması vacib olan layihələr üçün
• Vizualın etimad demək olduğu premium məhsullar üçün
• Stilin, satışın 1 hissəsi olduğunu anlayanlar anlayanlar üçündür

Nəticədə siz əldə edirsiniz

• Sizin brendinizi fərqləndirən, tam unikal loqo
• Peşəkar vizual mövqeləndirmə
• Müştəri etibarının artması
• Hər platformaya uyğun, universal işarə
• Bütün brendi onun üzərində qurmaq mümkün olan bir üslub

Bizim keyslərimiz

İşlədiyimiz layihələr və əldə edilmiş nəticələr

PUMA

PUMA

24+

ay əməkdaşlıq

1.5$

Bir lidin qiyməti

PARKCINEMA

PARKCİNEMA

6+

ay əməkdaşlıq

1.7$

Bir lidin qiyməti

BTB Bank

Bank BTB

9+

ay əməkdaşlıq

0.5$

Bir lidin qiyməti

SeaBreeze Real Estate

SeaBreeze Real Estate

15+

ay əməkdaşlıq

9.8$

Bir lidin qiyməti

whatsapp Telegram phone instagram