SHUKUROV Marketing Group
Performance · Bakı · 2016-dan

Biz nəticə gətiririk. Siz qazanırsınız.

Yalnız nəticə gətirən strategiyalarla işləyirik.

5.0 Google-da · 20-dən çox rəy

Biz reklamı sadəcə işə salmırıq. Meta, Google, TikTok və digər platformalarda reklam büdcənizi real biznes nəticələrinə - müraciətlərə, satışlara və gəlir artımına yönəldirik. Hər qərarı rəqəmlərə və analitikaya əsasən veririk ki, reklam büdcənizdən maksimum səmərə əldə edəsiniz.

İş saatları ərzində operativ cavab veririk · Spam göndərmirik · Konsultasiya heç bir öhdəlik yaratmır
Müştərilərimiz
Sea Breeze PUMA Park Cinema Pasha Holding Go Sport Wuling
★ SHOWREEL
Yüksəlişə hazırsınız? Brendinizi böyüdən kontent yaradırıq
PerformanceResult-driven2016-dan$6M / il100+ müştəriData-drivenPerformanceResult-driven2016-dan$6M / il100+ müştəriData-drivenPerformanceResult-driven2016-dan$6M / il100+ müştəriData-driven
2016 - 2026

Təcrübəmiz
rəqəmlərlə

01
0+ il
2016-cı ildən Azərbaycan bazarındayıq. Apple ATT yenilənməsindən əvvəlki və sonrakı reklam bazarını praktiki təcrübə ilə tanıyırıq.
02
$0.0mln
2023-cü ildə idarə etdiyimiz reklam büdcəsinin həcmi. Hər dollar analitika əsasında idarə olunub.
03
0+
100-dən çox müştəri bizə etibar edib. Müştəri portfelimiz pərakəndə satış, bankçılıq, daşınmaz əmlak və digər müxtəlif sahələri əhatə edir.
04
0
Meta (Facebook və Instagram), Google, YouTube, TikTok, Snapchat, X, LinkedIn və açıq hava reklamları.
Performance yanaşması

Reklam xərc deyil.
Düzgün idarə olunduqda investisiyadır.

Performance yanaşması reklam büdcəsini ölçülə bilən biznes nəticələrinə yönəldir. Bizim üçün əsas göstərici yalnız baxış və ya bəyənmə sayı deyil. Fokusumuz müraciətlərin, satışların və gəlirin artmasıdır. Reklam büdcənizin effektivliyini konkret göstəricilər və analitika əsasında ölçürük.

01
Reklam kampaniyalarınız aktivdir, amma müraciətlər yoxdur Reklam büdcəsi xərclənir, lakin müraciət və zənglərin sayı gözlənilən nəticəni vermir.
02
Reklam büdcənizin hara və nə üçün xərcləndiyini bilmirsiniz Onlarla kampaniya işləyir, müxtəlif göstəricilər artır, amma bütün bunların biznes gəlirinə necə təsir etdiyini görmürsünüz.
03
Fərqli icraçılarla işləmisiniz, amma nəticə dəyişməyib Vədlər çoxdur, lakin real nəticəni ölçən və rəqəmlərlə əsaslandıran sistemli yanaşma yoxdur.
Keyslərimiz · Featured

Brendlər və rəqəmlər
bizim yerimizə
danışır

Müştərilərimizlə uzunmüddətli əməkdaşlıq qururuq. Çünki bizim üçün əsas məqsəd sadəcə yaxşı görünən reklam və ya kontent hazırlamaq deyil. Biz ölçülə bilən nəticələrə, müraciətlərin və satışların artmasına fokuslanırıq.

Bütün keyslər →
növbəti keys üçün sürüşdürün
Biznesiniz üçün eyni rəqəmlər istəyirsiniz? Vəziyyətinizi araşdıraq.
Hesablama alın
MetaGoogle AdsTikTokYouTubeSEOSMMBillboardsBrandMetaGoogle AdsTikTokYouTubeSEOSMMBillboardsBrandMetaGoogle AdsTikTokYouTubeSEOSMMBillboardsBrand
Xidmətlər

Reklamınız üçün
doğru platformanı seçirik

Auditoriyanız hansı platformadadırsa, reklam strategiyanızı da ona uyğun qururuq. Platformanı trendə görə deyil, biznesinizə verə biləcəyi nəticəyə görə seçirik.

$420-dan/ay Kiçik və orta biznes üçün sabit tarif
Bir kanalın idarəsi · 700 ₼
ətraflı →
Bütün xidmətlər və qiymətlər →
★ Flaqman · bütün marketinqi aparırıq

Growth-marketinq - bütün satış və böyümə sistemi bir əldə

5 icraçı yox, bir komanda və bir dashboard: strategiya, reklam, sayt və CRO, kontent, tam analitika, direkt və süni intellekt vasitəsilə zəng mərkəzi zənglərinin təhlili. Hər addımda pulun harada itdiyini görürsünüz.

Reklam Sayt / CRO Zənglərin təhlili Tam analitika Direkt + Süni İntellekt Kontent
5000 ₼-dan/ay Konsultasiya alın şəffaf · qiymət açıqdır
- və ya ayrıca: 12 xidmət -
Necə işləyirik

Brifdən nəticəyə
5 addım

Şəffaf proses. Qara qutu yoxdur, «sınayarıq» yoxdur. Hər addımın son tarixi və aydın nəticəsi var.

Daha detallı →
01

Biznesinizi dərindən öyrənirik

Biznesinizi, məhsulunuzu, rəqiblərinizi və hədəf auditoriyanızı təhlil edirik. Mövcud reklam kampaniyalarınızı, analitikanızı və CRM sisteminizi nəzərdən keçiririk. Biznes məqsədlərinizi dəqiqləşdirir və əsas prioritetləri müəyyən edirik.

02

Audit və strategiya

Bir müraciətin və yeni müştərinin biznesinizə neçəyə başa gəldiyini hesablayırıq. Mövcud vəziyyətinizi və hədəflərinizi nəzərə alaraq ən uyğun reklam kanallarını seçirik: Meta, Google, TikTok, açıq hava reklamları və digər platformalar. Daha sonra media planını və kreativ strategiyanı hazırlayırıq.

03

Kreativlər və texniki məsələlər

Müxtəlif auditoriya seqmentləri və reklam hipotezləri üçün 20-yə qədər kreativ variant hazırlayırıq. Pixel, hadisələrin izlənməsi, UTM parametrləri və GA4 dashboardlarını quraraq nəticələrin düzgün ölçülməsi üçün texniki infrastrukturu hazırlayırıq.

04

İşə salma və testlər

Reklam kampaniyalarını işə salır, fərqli auditoriyaları, reklam yerləşdirmələrini, mesajları və kreativləri test edirik. İlk nəticələri təhlil edərək hansı yanaşmaların daha effektiv işlədiyini müəyyənləşdiririk.

05

Optimallaşdırma və böyümə

Nəticələri mütəmadi təhlil edir və növbəti addımları rəqəmlərə əsasən müəyyənləşdiririk. Effektiv işləyən yanaşmaları gücləndirir, nəticə verməyənləri dəyişir və ya dayandırırıq. Məqsədimiz CPL-i optimallaşdırmaq və reklamın biznes gəlirinə təsirini davamlı şəkildə artırmaqdır.

Nəticəyə aparan 5 addım. İlk addımı bu gün atın.
Konsultasiya alın
Şirkət haqqında

Azərbaycanda performance marketinq üzrə ixtisaslaşmış agentlik

2016-cı ildən etibarən bizneslərə nəticəyönümlü performance marketinq həlləri təqdim edirik. Bu gün beynəlxalq brendlərdən yerli şirkətlərə qədər müxtəlif sahələrdə fəaliyyət göstərən bizneslərin inkişafına və böyüməsinə dəstək veririk.

Bizim üçün reklamın dəyəri yalnız necə görünməsində deyil, hansı nəticəni yaratmasındadır. Müraciətlərin, satışların və gəlirin artmasına fokuslanır, reklam büdcəsini ölçülə bilən biznes nəticələrinə yönəldirik.

Haradan başladıq?
Manifest · 2016-dan

Performance-marketinq. Büdcə ölçülür. Nəticə ölçülür. Gəlir artır.

SHUKUROV
MARKETING GROUP
SMG
Rəylər

Bizimlə illər boyu
işləyən müştərilər nə deyir

Google-da bütün rəylər →
5.0 ★★★★★ Google-da 20 rəyə görə Google-da baxın →
SG
Sevinj Gojayeva
★★★★★ 3 ay əvvəl
Google
Выражаем искреннюю благодарность нашему партнёру за высокий уровень профессионализма и вовлечённости в развитие нашего бренда. Стратегическое мышление, чёткое понимание задач и внимательное отношение к деталям.
FK
Fuad Karimov
★★★★★ 3 ay əvvəl
Google
На протяжении долгого времени наше сотрудничество строилось на доверии. Советую всем, кто хочет улучшить или открыть свой бизнес. Ребята показывали и продолжают показывать лучший результат в своей сфере.
TU
Togrul Umalatov
★★★★★ 3 ay əvvəl
Google
Работать с маркетинговой командой Шукурова - это просто замечательно. Хочу поблагодарить каждого члена команды, особенно Алихана и Заура-бея, за такое прекрасное сотрудничество.
Azərbaycan dilindən tərcümə edilib
TA
Turkan Aghazada
★★★★★ 3 ay əvvəl
Google
Это был замечательный опыт. Действительно заслуживающая доверия команда в сфере рекламы и маркетинга.
Azərbaycan dilindən tərcümə edilib
ZA
zoxra aqaeva
★★★★★ 3 ay əvvəl
Google
Мы остались довольны вашим сервисом. Команда отзывчивая, всё прозрачно, рекомендуем.
Azərbaycan dilindən tərcümə edilib
növbəti rəy üçün sürüşdürün
FAQ

Müştərilərimizin
tez-tez verdiyi suallar

Sualınız yoxdursa - WhatsApp-a yazın, iş saatlarında cavab verərik.

Sualınızı verin →
01 İşə hansı reklam büdcəsi ilə başlayırsınız?
Bizim üçün minimum reklam büdcəsi məhdudiyyəti yoxdur. Müəyyən xidmət və layihələr üzrə daha kiçik büdcələrlə də işləmək mümkündür. Lakin kampaniyanın potensialını tam şəkildə yoxlamaq, müxtəlif hipotezləri test etmək və CAC göstəricisini optimallaşdırmaq üçün tövsiyə etdiyimiz minimum reklam büdcəsi aylıq 600 ABŞ dollarından başlayır.
02 Xidmətlərin qiyməti necə hesablanır?
Kiçik və orta biznes (KOB) subyektləri üçün sabit xidmət haqqı tətbiq edirik. Bir reklam kanalının idarə olunması aylıq 420 ABŞ dolları (700 AZN) təşkil edir. Çoxkanallı və ya daha genişmiqyaslı layihələrdə xidmət haqqı işin həcmi və tələblərinə uyğun olaraq fərdi şəkildə müəyyənləşdirilir. Müqavilədə göstərilməyən heç bir gizli xərc nəzərdə tutulmur.
03 İlk müraciətləri nə vaxt gözləmək olar?
İlk müraciətlər reklam kampaniyaları başladıqdan qısa müddət sonra gəlməyə başlaya bilər. Lakin davamlı və proqnozlaşdırıla bilən satış sistemi üçün məlumatların toplanması, təhlili və kampaniyaların mütəmadi optimallaşdırılması tələb olunur. Bu proses, adətən, ilk 3 ay ərzində formalaşır. Performance yanaşmamız yalnız qısamüddətli nəticəyə deyil, dəqiq analitika əsasında satışların uzunmüddətli və dayanıqlı artımına fokuslanır.
04 Bəs nəticə olmasa?
Müraciət və potensial müştərilər olacaq: bu, reklamın düzgün qurulması məsələsidir. Əgər müraciətlər gəlir, amma satışa çevrilmirsə, səbəbi sizinlə birlikdə təhlil edirik: təklif, qiymət, satış skriptləri, müraciətlərin cavablandırılma sürəti və məhsulun özü. Reklam möcüzə deyil: o, potensial müştərinin marağını yaradır və onu biznesinizə gətirir. Satışın baş tutması isə sonrakı prosesdən və komandanızın işindən asılıdır. Biz klikdən satışa qədər olan müştəri yolunu təhlil etməyə və zəif nöqtələri müəyyənləşdirməyə kömək edirik.
05 Biznesim üçün hansı reklam kanallarını tövsiyə edirsiniz?
Bu, hər biznes üçün fərdi müəyyənləşdirilir və fəaliyyət sahəsindən, məhsuldan, bazardan və işlədiyiniz ölkədən asılıdır. Ödənişsiz konsultasiya zamanı biznesinizi və məqsədlərinizi təhlil edir, konkret hədəflərinizə uyğun ən effektiv reklam kanallarını və onların optimal kombinasiyasını təklif edirik.
06 İş prosesi necədir? Hansı hesabatları alacağıq?
İki formatda hesabat təqdim edirik. Həftəlik hesabat: hər bazar ertəsi əvvəlki həftənin nəticələri üzrə təqdim olunur. Burada reklam xərcləri, müraciətlərin sayı, CPL göstəricisi və kampaniyalarda edilən dəyişikliklər əks olunur. Aylıq geniş hesabat: hər ayın əvvəlində əvvəlki ayın nəticələri üzrə hazırlanır. Nəticələri ətraflı təhlil edir və növbəti dövr üçün fəaliyyət planını təqdim edirik. Bundan əlavə, real vaxt rejimində yenilənən dashboard-a daimi çıxışınız olur.
07 NDA və müqavilə imzalayırsınız?
Bəli. Bütün əməkdaşlıqlar rəsmi müqavilə əsasında həyata keçirilir: həm hüquqi, həm də fiziki şəxslərlə işləyirik. Tələb olunduqda NDA (məxfilik müqaviləsi) də imzalayırıq. Ödənişlər manatla bank hesabına həyata keçirilir. Razılaşmaya əsasən xarici valyutada ödəniş imkanı da nəzərdə tutula bilər. Bütün ödənişlər üzrə müvafiq çek və bağlanış sənədləri təqdim edilir.
Suallarınız qaldı?

Reklamınız üzrə pulsuz konsultasiya alın

Ad və nömrəni buraxın - menecer iş saatlarında sizinlə əlaqə saxlayıb biznesinizə əsaslanaraq strategiya təklif edəcək. Heç bir öhdəlik yoxdur.

ya da birbaşa yazın

İş saatlarında cavab veririk. Spam yoxdur. Heç bir öhdəlik yoxdur.

100+ şirkət artıq reklamını bizə etibar etdi
Sea BreezePUMAPark CinemaPasha HoldingGo SportWulingLilacSilver StyleBTB BankBaByliss PROOpen SystemsPaket.azAkbisImperial ResidenceTogasBlueplanet Sports & Luxury RetailAL GroupImpact Academies & CampsEmanuel Design & ArchitectInmerge
WhatsApp Zəng edin