Billboard reklamı — müştərilərinizin gündəlik gördüyü məkanlarda yüksək görünürlük yaradır.

Billboard — “tez satış” üçün deyil.
Bu, brendin tanınması, geniş auditoriyaya çatması və etibarın formalaşdırılması üçündür.
İnsan brendinizi mütəmadi olaraq gördükdə, şirkəti böyük, stabil və diqqətəlayiq kimi qavrayır.
Biz Shukurov Marketing Group olaraq outdoor reklamını ümumi marketinq strategiyasının bir hissəsi kimi qururuq ki, o sadəcə yolda yer tutmasın, real nəticələr göstərsin.
Billboard reklamı biznesinizə nə verir
1. Güclü brend tanınması
Minlərlə insan brendi hər gün görür. Alış prosseindən öncə bu, “tanışlıq effekti” yaradır.
2. Böyük və güvənilən şirkət imici
Billboardlarda yerləşən şirkət avtomatik olaraq ciddi və rəqabətqabiliyyətli kimi qəbul olunur.
3. Auditoriya ilə davamlı kontakt
İnsanlar eyni marşrut üzrə hərəkət edir. Eyni marşrutla gedən insanlar brendi 5–10 dəfə görəndən sonra, ona daha çox inanır.
4. Digər reklam kanallarının güclənməsi
Billboard-dan sonra Google və ya sosial media-da reklamlarınızı gördükdən sonra, insanların sizə müraciət etmə şansı yüksəlir.
5. Lokal bizneslər üçün güclü effekt
Avtoservis, klinika, restoran, ticarət mərkəzi — hamısı real müştəri artımı görür.
Billboard hansı hallarda işləmir
• Qısa satış dövrü olan məhsullar üçün uyğun deyil
• Effektivliyi birbaşa gələn müraciətlərlə ölçmək düzgün deyil
• Mesaj çox sadə olmalıdır
• Çox yazı = uğursuz dizayn deməkdir
Bunu sizə dürüst şəkildə deyirik ki, gözləntiləriniz real olsun.
Outdoor reklamı necə qururuq
1. Lokasiyaların analizi
Hədəf auditoriyanızın ən çox hərəkətdə olduğu məkanları seçirik: iş marşrutları, tıxaclar, kəsişmələr və böyük yaşayış rayonlarından çıxış nöqtələri.
2. Düşünülmüş mesaj
Mesaj 2–3 saniyəyə oxuna bilməlidir.
Brendə xidmət edən qısa, diqqətçəkən və yadda qalan mesaj hazırlayırıq.
3. Ani görünən dizayn
Biz hazırladığımız billboard:
• uzaqdan görünür
• yüksək oxunaqlıdır
• emosiya yaradır
• brendin adını yaddaqalan edir
4. Yerləşdirmənin koordinasiyası
Podratçıların seçilməsində kömək edirik, qiymətləri dəqiqləşdiririk, həmçinin yerləşdirmənin müddətini və keyfiyyətini nəzarətdə saxlayırıq.
5. Nəticələrin ölçülməsi
Siz aşağıdakıları əhatə edən hesabat əldə edirsiniz:
• auditoriya ilə kontaktların sayı
• lokasiyalar üzrə əhatə
• brend axtarışlarının dinamikası
• tanınmanın artımı
Billboard reklamı kimlər üçün uyğundur
• Böyük və böyüyən şirkətlər
• Etibar yaratmaq istəyənlər
• Satış dövrü uzun olan bizneslər
• Premium brendlər
• Lokal oflayn fəaliyyət göstərən bizneslər
Nəticədə siz əldə edirsiniz
• Şəhərdə yüksək tanınma
• Brendə qarşı daha çox etibar və maraq
• “Hər yerdəsiniz” effekti
• Onlayn reklamın güclənməsi
• Lider brend imici








