Keys
ECCO

Layihə haqqında
ECCO brendi ayaqqabı satışında ixtisaslaşıb. Qiymətlər orta səviyyədən yüksəkdir, bu da yüksək keyfiyyətlə əsaslandırılır.
INSTAGRAM — https://www.instagram.com/eccobaku/
FACEBOOK — https://www.facebook.com/eccobaku
İlkin məlumatlar:
Layihənin bizdən əvvəl reklam təcrübəsi var idi, lakin istədikləri nəticəni - potensial müştərilərdən mesajlar ala bilmirdilər. Mağazanın şəhərin mərkəzində və kənarında bir neçə oflayn nöqtəsi var.
Biz nə etdik?
1. Strategiya yaratdıq
Bu layihənin resursları arasında yalnız İNSTAGRAM hesabı olduğu üçün bütün strategiyanı İNSTAGRAM hesabı üzərində qurduq. Strategiya müştəri bazalarına və auditoriyaların
yenidən hədəflənməsinə əsaslanırdı. Ayaqqabılar ildə bir neçə dəfə alındığı üçün müəyyən vaxtdan sonra müştərilərə təkrar reklam göstərmək qərarına gəldik.
2. Auditoriyalarla iş
Premium auditoriyalar, eləcə də müştəri bazası və Instagram bazasına əsaslanan auditoriyalar yaradıldı. Şərh yazan və postları yadda saxlayan insanlar üzərindən retarget (təkrar hədəf)
auditoriyası yaradıldı.
3. Reklam kreativləri ilə iş
Reklam kreativləri üçün müştəridən aldığımız kreativlərdən istifadə etdik. Kreativlərin məqsədi gözəl ayaqqabıları göstərmək idi. Yenidən hədəflənən auditoriya üçün endirimli kreativlərdən fəal
şəkildə istifadə edirdik.
Misal:
Nəticə
Bu brend ilə əməkdaçlığımız 6 ay olub. Əməkdaşlığımız zamanı bizim nailiyyətlərimiz:
3375 mesaj
987 şərh
3000 abunəçi
Təəssüf ki, reklamdan gələn oflayn satışları qeydə almaq mümkün deil.




