
Tik Tok – İnbound (daxili) Marketinq alətidir, yəni alış stimulyasiyası olmadan brendin təşviqi.
TIKTOK
Adətən bu platfomanı Intagram ilə müqayisə edirlər, əslində isə, o daha çox YouTube-u xatırladır. Tik Tok-da video yalnız iştirak səviyyəsindən asılı olaraq deyil, həmçinin istifadəçinin maraqlarını nəzərə alaraq tövsiyələr siyahısına daxil olur. Video – çarxa olan maraq real cəlbolunma artımı ilə üst-üstə düşürsə, Siz maksimal nümayiş etdirmə əldə edirsiniz. Tik Tok köhnə video – çarxları da unutmur. Onların, tövsiyyələr siyahısına daxil olub və yeni bir bəyənim həcmi almaq şansı hər zaman vardır.
Tik Tok – da şəxsi kanalın təşviqini aparmaq qadağandır. Siz yalnız, sırf reklam üçün yaradılan, ayrı – ayrı video çarxlar reklam edə bilərsiniz.
Tik Tok – da nəyi təşviq etmək olar?
- Pərakəndə satış. Nəzərə alsaq ki, nəhəng brendlərin çoxu Tik Tok-da kontent yaratmağa tələsmir, bu platforma kiçik və orta biznes üçün çox faydalı ola bilər.
- Xidmətlər. Əsasən də xanımlar üçün gözəllik xidmətləri.
- Ekspertlər. Hər hansı bir xidmət sahəsində şəxsi brendin təşviqi: biznes – məsləhətçilər, psixoloqlar, stilistlər, həkimlər.
Bu platformayla işlədikdə, bütün “müsbət” və “mənfi”-ləri nəzərə almaq, bir neçə yoxlama keçirmək və yalnız yaxşı nəticə aldıqda tam miqyaslı reklam aksiyaya keçid etmək vacibdir.