
Mobil tətbiqlərin reklamı – mobil tətbiqin quraşdırılması və ya onunla qarşılıqlı əlaqə yaratmaq məqsədi daşıyan onlayn təşviqat növüdür.
TƏTBİQLƏRİN TƏŞVİQİ
Təcrübəmiz göstərir ki, sadəcə proqramın hazırlanmasına və quraşdırmaların alınmasına investisiya qoymaq kifayət deyil. İstifadəçi fəaliyyətini dəstəkləmək (stimullaşdırmaq) zəruridir.
Tətbiq reklamı – auditoriyanızla əlaqə qurmağın ən təsirli yollarından biridir.
Mobil tətbiqlərin təşviqini qeyd olunan komponentlərsiz təsəvvür etmək çətindir:
- Marketlər (Google Play, App Store) və market analitik xidmətləri.
- İzləmə (tracking) – quraşdırmanın mənbəyini izləyən sistem.
- İstifadəçilərin hərəkətini ölçən daxili analitika sistemi.
- Trafik cəlb edəcək mənbə (GoogleAds, Facebook Ads, Yandex.Direct və s.).
Mobil tətbiq auditoriya ilə həm əlavə, həm də müstəqil ünsiyyət kanalı ola bilər. Buna əsaslanaraq, hər bir tətbiqin tamamilə fərqli monetizasiya modelləri və müvafiq olaraq fərqli məqsədləri və ƏPG- ləri (Əsas Performans Göstəricisi (KPİ)) ola bilər.
Beləliklə, mobil tətbiqin işə salınması və təşviqi üçün əsas addımlar:
- Bazar araşdırması: hədəf auditoriyası, rəqiblər, təlabat.
- Vahid iqtisadiyyatın modelləşdirilməsi (layihənin təxmini gəlirliyini anlamaq üçün).
- Məqsədlərin müəyyən edilməsi (Siz nə istəyirsiniz: miqyası genişləndirmək, yeni məhsulu tanıtmaq).
- Alətlərin seçilməsi, media planın hazırlanması.
- Analitika sisteminin qurulması.
- Reklam materiallarının hazırlanması.
- Zəruri inteqrasiyaların həyata keçirilməsi (reklam və izləmə sistemləri və s.).
- Reklam kampaniyalarının yaradılması.
Mobil tətbiq ilk öncə biznes məsələlərini həll etməlidir, məhz o zaman o güclü marketinq vasitəsinə çevriləcəkdir. Əsas odur ki, sadə məsləhətlərə laqeyid yanaşmamaq və yalnız peşəkarlara müraciət etmək.