Reklamda oxşar auditoriyanın istifadəsi niyə zəruridir?
Facebook-un qaydalarına görə, bir biznes üçün bir reklam hesabından istifadə etmək hüququnuz var. Reklam kabinetinin özü reklam hesabının performansının, reklama münasibət göstərən auditoriyanı yadda saxlamaq və öyrənmək üçün unikal funksiyaya (süni intellektə) malikdir. Beləliklə, öyrənmə təkcə elanlar qruppları səviyyəsində deyil, həmçinin reklam hesabı səviyyəsində həyata keçirilir.
Oxşar auditoriyadan istifadənin əhəmiyyətini daha yaxşı anlamaq üçün bir nümunə götürək. Təsəvvür edək ki, Siz gül mağazasının sahibisiniz. Və Siz, auditoriyanızı yaşa, cinsə və maraqlara görə seçərək reklam yerləşdirdiniz (təşviq düyməsi və ya reklam hesabı vasitəsilə, fərq etmir). İlk tanıtım aksiyasının başlandığı andan öyrənmə prosesi elan qruppları və ümumi reklam hesabı səviyyəsində başlayır.
Reklam yoxlanışdan keçdiyi andan etibarən, elan qruppunun təlim mərhələsi başlayır.
Bu nədir? Fərz edək ki, Siz reklamdan 20 unikal məqsədli hərəkət aldınız. Elanlar qruppu bu insanların ortaq cəhətlərini araşdırır: hansı maraqlar, cinsləri, bu unikal hərəkətlərin hansı yerləşmədən qaynaqlandığını, istifadəçinin davranış nümunələrini. Lakin, məlumat toplama prossesi bununla bitmir. Adi qaydada, öyrənmə mərhələsini yekunlaşdırmaq üçün platformaya 50 unikal hərəkət lazımdır.
Bəzən miqdar az, bəzən daha çox olur – bu, unikal istifadəçilərin bir-birinə nə dərəcədə bənzərliyindən asılıdır. Məsələn, ədər 50 tamamilə unikal hərəkət baş tutub, və platforma onlar arasında ortaq heç nə tapmayıbsa, o zaman təlim davam edəcək. Təlim mərhələsindən sonra elan qrupplarının performansı adətən stabilləşir, qrupp öyrədilib və Siz sabit nəticələr əldə edəcəksiniz. AMMA!
Platformanın mexanizminə və statistikaya nəzər salsanız, addım – addım artan tezliyi müşahidə edə bilərsiz. Məsələ ondadır ki, Sizin reklamınız elan qruppu ilə qarşılıqlı əlaqədə olan və Sizin bənzər auditoriyanıza təkrar nümayiş olunur. Yeni reklam kampaniyasına başladığınız zaman, artıq reklamlar əsasən isti və oxşar auditoriyaya göstəriləcəkdir.
Nəticə etibarı ilə, gec- tez hesabın performansı enməyə başlayır və yeni müştəri axını azalır, çünki eyni auditoriya ilə işləyirsiniz. Məhz buna görə də, vacib qaydalardan biri – muxtar şəkildə oxşar və isti auditoriyanın yaradılması, eləcə də sadiq istifadəçilərlə ünsiyyət strategiyasının qurulmasıdır.
Həmçinin, auditoriyanın xaric etməsinidə unutmamaq lazımdır. Bunu nəzərə almasanız, Sizin elan qrupplarınız üst-üstə düşəcək. Nəticədə reklam hesabınızın “gigiyenası” pozulacaqdır. Auditoriyalar üst-üstə düşdükdə Siz, özünüzlə rəqabət aparırsınız və nəticə etibarı ilə elan qrupplarından biri nümayişlərin azlığı ilə rastlaşır.