Facebook Pixel – Meta şirkətinin yaratdığı, saytdaki istifadəçi hərəkətini izləməyə və bu hərəkətlər üçün reklamları optimallaşdırmağa imkan yaradan izləmə vasitəsidir.
Hazırki alət üçün iki növ parametr mövcuddur:
Bu nə üçün lazımdır?
Reklamın maksimal səmərəliliyi üçün, düzgün optimallaşdırma və ünsiyyət strategiyası zəruridir. Düzgün optimallaşdırma, alıcılıq qabiliyyəti olan keyfiyyətli auditoriyaya reklam nümayiş etməyə imkan yaradır. Düzgün optimallaşdırılmayan reklam – havaya atılan puldur.
Düzgün ünsiyyət strategiyası, hazırki məhsulla maraqlananlara Sizin reklamınızı nümayiş etdirməyə yardımçı olur. Düşünürəm ki, Siz, bir brendin mağazasına baş çəkdikdən sonra, baxılmış məhsul daimi olaraq gözlərinizin önünə gəldiyinə fikir vermisiniz. Reklam, sanki, Sizin arxanızca gəlir. O, Sizə məhsulun faydaları, niyə bu məhsulu məhz bu mağazada almağınız haqqında məlumat verir. Sonunda, Siz alış həyata keçirirsiniz. Reklam – sehirli bir alət deyil. Bu, auditoriya ilə ünsiyyət qurmağa yardımçı olan bir alətdir. Düzgün qurulmuş ünsiyyət strategiyası bu deməkdir. Bu iki komponentsiz, Siz, demək olarki, platformanın cəmi 10% -dan istifadə etmiş olursunuz. Əks tədqirdə, Sizin büdcəniz daha ÇOX səmərəli xərclənir.
Əlavə olaraq, Siz, hər hansı bir mərhələdə saytın çatışmazlıqlarını aşkar edib, cavablar ala bilərsiniz – problem tam olaraq haradadır və nəyin üzərində çalışmaq lazımdır. Həmçinin, bu parametrlər sayəsində Sizin unikal imkanınız yaranır – məhsul kataloqunun yaradılması.
Məhsul kataloqu – unikal bir vasitədir. Saytınızda olan məhsullar avtomatik olaraq Sizin Facebook, Instagram mağazanızda görünür (onların miqdarı və qiyməti avtomatik olaraq yenilənir).
Beləliklə, reklam vasitəsi ilə Siz istifadəçilərə, onların maraq dairəsində olan məhsulları nümayiş edə bilərsiniz.
Eyni zamanda məhsul kataloqu məqsəd istifadə etməyə komək edir – kataloq üzrə satışlar. Düzgün yanaşmada (və geniş məhsul çeşidində), bu məqsəd ən nəticə verəndir.