CJM Nədir?

CJM Nədir?

Müştəri səyahət xəritəsi (Customer journey map) – məhsula ehtiyac yarandığı andan etibarən onun alınmasına qədər müştərinin səyahətinin vizuallaşdırılması. Sadə bir hunidən fərqli olaraq, o, yalnız müəyyən mənbə daxilində deyil, lakin müştərinin keçdiyi bütün yolu nəzərə alır. Bu yolla Siz, müştəriləriniz haqqında daha geniş təsəvvür əldə edə və mövcud ortaq nöqtələri qiymətləndirə bilərsiniz. Düzgün qurulmuş CJM-ilə, sosial şəbəkələrdə reklam strategiyasını düşünüb, tərtib edə bilərsiniz.

Yuxarıda CJM-in bir nümunə göstərilib. Gəlin onu müzakirə edən. Bir şəxs soyuducu almaq istəyir. Onun bu əşyaya ehtiyacı var. O nə edir? İlk addımları – Google-da məhsulu axtarmaq, ən yaxşı soyuducuların rəylərinə baxmaq, internet saytlarına daxil olmaq və müxtəlif modellər üzrə qiymətləri nəzərdən keçirmək. Artıq bu mərhələdə istifadəçiyə reklam nümayiş etdirmək olar. Mərhələnin əsas üstünlüyü ondan ibarətdir ki, biz, hazırda isti auditoriya ilə qarşılaşmışıq. İstifadəçi saytımızı ziyarət etdikdən sonra biz bunu Facebook Pixel və Google Analytics vasitəsi ilə qeydə aldıq. Hansı mərhələdə olmasından asılı olaraq, biz, istifadəçiyə daha çox hədəflənmiş reklamlar göstərə bilərik. 

Marketinq komandası, həmçinin, istifadəçinin məhsulu almaq qərarına gəlməsi üçün nə qədər vaxt lazım olduğunu da təhlil edə bilər. Buna əsasən, arzu olunan alışı əldə etmək üçün reklamın hansı müddətdə nümayiş olacağı aydın olacaq. Digər seçimdə mümkündür. Fərz edək ki, sayta daxil olan istifadəçi ilk 5 gün bir növ, növbəti 5 gün digər, daha sonraki 5 gün isə tam başqa növ reklam görür. Həvəsləndirici amil kimi, müəyyən məhsullara (çox vaxt istifadəçilərin maraqlandığı məhsullara) 15% endirim təklif etmək olar.

Beləliklə, bu xəritəyə əsasən, istifadəçiyə reklamı necə və harada nümayiş edəcəyimizi qura bilərik. İlkin mərhələdə bu YouTube və Google ola bilər. Sayta daxil olub məhsul kartına baxdıqdan sonra – Facebook, Instagram. Yalnız Facebook Pixel düzgün tətbiq edildikdən sonra bunlar mümkündür. Belə ki, il ərzində müraciəti olan 100 nəfərdən 100-nün deyil, 300 nəfərin satışına səbəb ola bilərik. 

İstənilən brendlə işlədikdə biz, bu və ya digər şəkildə iş xəritəsini yaratmağa çalışırıq. Bizim əsas məqsədimiz – reklam platformasını marketinq modelinə, müştərinin CJM-nə (əgər mövcuddur) uyğunlaşdırmaq, müəyyən kreativlərin keyfiyyətini qiymətləndirmək və maksimum effektivliklə reklam strategiyasını qurmaqdır. Məqsədimiz – reklam büdcənizdən maksimum istifadə etməkdir.

Comments are closed.