Performans Agentliyinin özəlliyi nədir?

Performans Agentliyinin özəlliyi nədir?

Performans marketinq - ölçülə bilən nəticələri əldə etməyi hədəfləyən marketinqdir.  Bizim agentliyimiz xidmətlərin satışına yönəlib, və biz hər zaman hər bir şeyi rəqəmlərə çevirməyi çalışırıq. Bizi bəyənimlərin, abunəçilərin sayı maraqlandırmır. Nə qədər sərmayə qoyduğumuz və bunu müqabilində nə kimi nəticələr əldə etdiyimiz bizə maraqlıdır. Potensial müştəridən uğurla bağlanmış sövdələşməyə çevrilmə %-i nə qədərdi.  Bundan əlavə, təbii ki, müştəri üçün mümkün olan ən minimal xərclə imic kampaniyası keçirə və brendin tanıtımını artıra bilərik, lakin əksər hallarda biznesi – pul maraqlandırır.   Xüsusiyyətlərimiz
  1. Biz, sertifikatlaşdırılmış peşəkarlarıq. Əməkdaşlarımız Facebook əməkdaşları tərəfindən təlimlər keçib, sertifikatlaşdırılmışlar. 
  2. Nəticə etibarı ilə, biz, Facebook və Instagram platformalarının necə işlədiyini bilən az saylardan biriləriyik. İşə yarayacağı ümidi ilə, biz, hər hansı bir fəndlər istifadə etmək məcburiyyətində deyilik. Biz, bunun necə çalışdığını bilir, və müxtəlif vəziyyətlərdə nə etməli olduğumuzu bilirik.
  3. Məsuliyyət. Bizimlə çalışdıqda, reklam mütəxəssisinizin yoxluğu ilə qarşılaşmayacaqsınız. Biz heç vaxt son müddətləri gözdən qaçırmırıq və hər şeyi mümkün qədər operativ həll edirik.
  4. Müştəriyə yanaşma. Hər bir müştəri – bizim üçün tərəfdaşdır. Müştərilərlə işləyərkən əsas prinsipimiz – müştərinin potensialıdır. Biz birdəfəlik qazanc məqsədi güdmürük. Əsas vəzifəmiz – həm müştəri qazansın, həm biz. 
  5. Çox sayda resurs. Şübhəsiz ki, biz, mütəxəssislər komandası olaraq tək işləyən mütəxəssindən fərqli olaraq qat-qat artıq resurslara malikik. 
  6. Güvən. Biliyimizin sayəsində - özümüzə və işimizin keyfiyyətinə arxayınıq. 
  7. İş təcrübəsi. Biz müxtəlif layihələr və reklam büdcələri ilə işləyirik. Büdcəsi 500$ olan kiçik müəssisələrdən ayda 50 000$ dollardan çox büdcəsi olan böyük bizneslərə qədər. 
  8. İşə yanaşma. Ciddiyyətlə məntiqlı bir yanaşma tətbiq edirik. Bütün işimiz dəqiq şəkildə strukturlanıb. Biz yalnız rəqəmlərə güvənirik. 
  9. Uyğunlaşma. İnsanların bizimlə işləməsinin ən vacib meyarlarından biri – müxtəlif vəziyyətlərə unikal uyğunlaşmaq qabiliyyətimiz. Sadə nümunə - pandemiya. Bir çoxları bu dəyişikliklərə uyğunlaşa bilmədi. Biz isə, istənilən vəziyyətin yeni bir fürsət olduğunu hesab edirik. Müştərilərimizin çoxu bu müddət ərzində qazanclarını dəfələrlə artırmışdırlar.
  10. Unikal peşəkarlar. İşçi heyətinə daxil olmazdan öncə hər bir mütəxəssis, tək zəruri ixtisaslaşdırılmış təlimlərdən deyil, həmçinin müxtəlif iş vəziyyətlərinin və məqamların həlli üzrə təcrübədən keçir. Belə bir fikir var ki, reklam mütəxəssisi - ən asan peşədir. Biz bunun belə olmadığını göstərir və sübut edirik. Hər bir kəs təlim keçə bilər, lakin bu bilikləri yalnız bacarıqlı bir şəxs tətbiq edə bilər. Belə ki, analitik düşüncə tərziniz yoxdursa, çox güman ki, heç bir şey alınmayacaq. 
Paylaşmaq:
Share on facebook
Share on twitter
Share on linkedin
Share on twitter
Share on telegram

Comments are closed.