Reklam səmərəli deyil. Səbəb nədədir?

Reklam səmərəli deyil. Səbəb nədədir?

İnsanlar niyə görə reklama pul xərcləyirlər? – Kliklər üçün? – Bəyənimlər? Abunəçilər? – Xeyir! Biz reklamı bir məqsədlə istifadə edirik – satış üçün. Biz vəsait yatırırıq ki, o geri qayıtsın. Bəs əgər reklam gedir, lakin satış yoxdursa? Problem nədədir? Bu suala cavab vermək üçün iki misala baxaq.
  1. Sizin, sosial şəbəkələrdə yalnız səhifəniz var (məsələn, Instagram).
  2. Sizin saytınız var, saytın köməyi ilə satış edirsiniz. 
  3. Yalnız Instagram.
Bu halda, gəlin, satışın necə baş verdiyini və reklamın hansı funksiyaları yerinə yetirdiyini tətqiq edək? 
  1. İstifadəçi Sizin reklamı görür.
  2. Reklamı gördükdə, səhifənizi tətqiq edir.
  3. Səhifəni tətqiq etdikdən sonra, o Sizə:
A)Yazır. B)Zəng edir. C) Sorğu yerləşdirir.
  1. Davamı olaraq sorğu işlənir.
  2. Və, nəhayət, satış.
Bü nümunədə reklamın funksiyası – Sizin məhsul və ya xidmətinizlə maraqlanan insanları cəlb etmək, onları yenidən hədəflənmənin köməyi ilə hərəkətə gətirib, və nəhayət, satmaqdır. Reklamın effektivliyinin qiymətləndiriməsi – potensial müştərilərin sayıdır (neçə nəfər zəng etdi, yazdı, və ya sorğu yerləşdirdi), və təbii ki, potensial müştəri üzrə qiymət. Nə kimi problemlərlə üzləşə bilərsiniz?
  1. Sizə, az yazırlar, zəng vurmurlar, sorğu yerləşdirmirlər – burada problem qizlənir:
A)Reklamda – Siz düzgün olmayan məqsəd, auditoriya və ya kreativ seçmisiniz. Ola bilsin ki, reklam, texniki cəhətdən düzgün quraşdırılmayıb.  B)Instagram səhifəsində - bəlkə də, problem kontent ilə bağlıdır.
  1. Sizə yazırlar, zəng vururlar və sorğular yerləşdirirlər, lakin satış həyata keçmir. Burada, problem ola bilər:
 A)Reklamda - aidiyyatı olmayan kreativ və ya səhv seçilmiş hədəf auditoriya.  B)Sorğunun işlənməsi səviyyəsində problem. Siz ismarıclara düzgün cavab vermirsiz, və ya lidləri düzgün işləmirsiz.   C)Problem Instagram səhifəsinin imic, brend və qiymət cəhətdən uyğunsuzluğundadır. İndi isə ikinci misala baxaq – Sizin saytınız var. Və Siz, sayt vasitəsi ilə satış həyata keçirirsiniz. Fərz edək ki, Sizin internet –mağazanız var. Gəlin baxaq, satış necə həyata keçirilir və reklam hansı funksiyaları yerinə yetirir? Gördüyümüz kimi, istifadəçi reklamı gördükdə, əsas səhifə/məhsul kartına keçid alır, sonra o məhsulu səbətə əlavə edir, sifarişi rəsmiləşdirir və alış həyata keçirir. Məhsulun satışı həm alışdan dərhal sonra (onlayn ödəniş mümkündürsə), həmçinin də müştəriyə zəng etdikdən sonra (onlayn ödəniş olmadıqda və ya bir klikdə alış baş verdikdə) həyata keçirilə bilər.  Nə kimi problemlərlə üzləşə bilərsiniz? Bu misalda reklamın funksiyası- alıcılıq qabiliyyəli olan insanları sayta cəlb etmək. Reklamın performansı - alış üzrə qiymət, ROAS, ROMİ parametrləri ilə ölçülür.
  1. Sayta gedən trafikin azalması. Səbəb – səhv konfiqurasiya edilmiş reklam (kreativ, texniki parametrlər, auditoriya) və ya məhsuldaki problem (əsasən də dar hədəf auditoriyası üçündürsə) 
  2. İstifadəçilər saytın əsas səhifəsində ilişib qalır və irəli getmirlər. Bu vəziyyətdə, çox güman ki, problem saytın özündədir – yükləmə sürətində və səhv Uİ/UX (Uİ/UX nədir və, satışa və reklam performansına necə təsir göstərir?)
  3. İstifadəçilər məhsullara baxır, lakin səbətə əlavə etmirlər. Mümkün olan səbəblər – məqsədsiz trafik, yüksək qiymət, düzgün olmayan Uİ/UX ola bilər.
  4. İstifadəçilər məhsulu səbətə əlavə edir, lakin davam etmirlər. Mümkün olan səbələr – düzgün olmayan Uİ/UX. Preblemi həll edə bilər – məhsulu səbətə əlavə edən istifadəçilərə təkrar nümayiş. 
  5. İstifadəçilər sifariş edib, lakin onu bitirmirlər. Bunun ümumi səbəbi – formanın mürəkkəb olmasıdır. Bu səhifəni təkmilləşdirmək lazımdır. Həmçinin, bu istifadəçilərə retargetin qoşulması da arzuolunandır. 
  6. İstifadəçi alış etdi (onlayn ödəniş etmədi) – və zəng vasitəsi ilə sifarişi təsdiqləmədi. Bu mərhələdə, çox güman ki, problem sifarişin emalı mərhələsindədir. 
Digər mümkün səbəblər: yuxarıdaki nümunədə biz onlayn mağazanı nəzərdən keçirdik. Lakin bəzi hallarda, onlayn mağaza ilə yanaşı, müştərinin oflayn nöqtələridə olur, satışlar isə sosial şəbəkələrdəki səhifələr üzrə həyata keçirilir. Bu halda, reklamın dolayı təsirini izləmək çox vacibdir, çünki müxtəlif satış kanalları mövcuddur.  XÜLASƏ Gördüyümüz kimi, reklamın qeyri-effektiv olmasının bir çox səbəbi var. Dəqiq diaqnostika üçün istifadəçinin yolunu izləmək, reklam tərəfdən problem olmadığında əmin olmalısınız. Əks halda, problemin həllinə nail olmadan, gecə-gündüz reklamları dəyişə bilərsiniz. Bizim agentliyimiz bu işdə Sizə yardımçı ola bilər. Bildiyiniz kimi – biz, Facebook mütəxəssisləri tərəfindən sertifikatlaşdırılmışıq. Bizimlə işlədikdə, problemin aşkarlanmasına və aradan qaldırılacağına 100% əmin ola bilərsiniz. 

Facebook-un qaydalarına görə, bir biznes üçün bir reklam hesabından istifadə etmək hüququnuz var. Reklam kabinetinin özü reklam hesabının performansının, reklama münasibət göstərən auditoriyanı yadda saxlamaq və öyrənmək üçün unikal funksiyaya (süni intellektə) malikdir. Beləliklə, öyrənmə təkcə elanlar qruppları səviyyəsində deyil, həmçinin reklam hesabı səviyyəsində həyata keçirilir. 

Oxşar auditoriyadan istifadənin əhəmiyyətini daha yaxşı anlamaq üçün bir nümunə götürək. Təsəvvür edək ki, Siz gül mağazasının sahibisiniz. Və Siz, auditoriyanızı yaşa, cinsə və maraqlara görə seçərək reklam yerləşdirdiniz (təşviq düyməsi və ya reklam hesabı vasitəsilə, fərq etmir). İlk tanıtım aksiyasının başlandığı andan öyrənmə prosesi elan qruppları və ümumi reklam hesabı səviyyəsində başlayır.

Reklam yoxlanışdan keçdiyi andan etibarən, elan qruppunun təlim mərhələsi başlayır.

Bu nədir? Fərz edək ki, Siz reklamdan 20 unikal məqsədli hərəkət aldınız. Elanlar qruppu bu insanların ortaq cəhətlərini araşdırır: hansı maraqlar, cinsləri, bu unikal hərəkətlərin hansı yerləşmədən qaynaqlandığını, istifadəçinin davranış nümunələrini. Lakin, məlumat toplama prossesi bununla bitmir. Adi qaydada, öyrənmə mərhələsini yekunlaşdırmaq üçün platformaya 50 unikal hərəkət lazımdır. 

Bəzən miqdar az, bəzən daha çox olur – bu, unikal istifadəçilərin bir-birinə nə dərəcədə bənzərliyindən asılıdır. Məsələn, ədər 50 tamamilə unikal hərəkət baş tutub, və platforma onlar arasında ortaq heç nə tapmayıbsa, o zaman təlim davam edəcək. Təlim mərhələsindən sonra elan qrupplarının performansı adətən stabilləşir, qrupp öyrədilib və Siz sabit nəticələr əldə edəcəksiniz. AMMA! 

Platformanın mexanizminə və statistikaya nəzər salsanız, addım – addım artan tezliyi müşahidə edə bilərsiz. Məsələ ondadır ki, Sizin reklamınız elan qruppu ilə qarşılıqlı əlaqədə olan və Sizin bənzər auditoriyanıza təkrar nümayiş olunur. Yeni reklam kampaniyasına başladığınız zaman, artıq reklamlar əsasən isti və oxşar auditoriyaya göstəriləcəkdir. 

Nəticə etibarı ilə, gec- tez hesabın performansı enməyə başlayır və yeni müştəri axını azalır, çünki eyni auditoriya ilə işləyirsiniz. Məhz buna görə də, vacib qaydalardan biri – muxtar şəkildə oxşar və isti auditoriyanın yaradılması, eləcə də sadiq istifadəçilərlə ünsiyyət strategiyasının qurulmasıdır. 

Həmçinin, auditoriyanın xaric etməsinidə unutmamaq lazımdır. Bunu nəzərə almasanız, Sizin elan qrupplarınız üst-üstə düşəcək. Nəticədə reklam hesabınızın “gigiyenası” pozulacaqdır. Auditoriyalar üst-üstə düşdükdə Siz, özünüzlə rəqabət aparırsınız və nəticə etibarı ilə elan qrupplarından biri nümayişlərin azlığı ilə rastlaşır. 

Paylaşmaq:
Share on facebook
Share on twitter
Share on linkedin
Share on twitter
Share on telegram

Comments are closed.