UI/UX nədir və o, satışa və reklam performansına necə təsir göstərir?

UI/UX nədir və o, satışa və reklam performansına necə təsir göstərir?

UI (İstifadəçi İnterfeysi) – veb məhsulun görünüş (vizual) komponentidir.

UX (İstifadəçi Təcrübəsi) – onun məntiqidir.

Çox vaxt sayt yaradılarkən, veb məhsulun bu iki mühüm komponenti nəzərə alınmır. Belı ki, müştəri, sanki özü üçün sayt yaradır və onun, saytından yararlanan istifadəçilər üçün nə dərəcədə rahat olacağını nəzərə almır.

Məhsulun kateqoriyalaşdırması, sifarişin yaradılma səhifəsinə, menyuya, düymələrin rəngi və yerləşdirilməsinə müştəri fikir vermir. Nəticə etibarı ilə, sayt – gözəl və yararsız bir bibloya çevrilir. Ən sadə şəkildə izah etmək üçün bir misaldan istifadə edək. Sizin oflayn mağazanız mövcuddur.

Lakin dəhşətli görkəmi vardır: məhsullar çeşidlənməyib, mağazaya daxil olan müştəri narahatdır. Reklam – Sizin mağazanı ziyarət etməyi təklif edən şəxsdir. Mağaza bütövlüklə xoşagəlməzdirsə, reklamın əsas etdiyi məqam baş tutmayacaq – satış. 

Veb saytın yaradılmasında əsasən nələrə diqqət etmək lazımdır? Bir onlayn mağazanın nümunəsində.

  1. Görünüş (vizual) hissəsi - mətnin oxunma qabiliyyəti, rəqəmlərin görünməsidir (“səbətə əlavə etmək, “sorğu buraxmaq” kimi düymələr üçün zəruridir). Rəng çalarlarına diqqət yetirmək xüsusi ilə vacibdir, məsələn, sarı və ağ rəngin birləşdiyində mətni oxumaq çətinləşir.
  2. Əsas səhifə - sayta daxil olduqda, ilk olaraq istifadəçi nə görəcək? Əgər bunlar promolar, endirimlər, əlverişli sövdələşmələrdirsə, yaxşıdır. Saytın menyusundan danışdıqda – o, intuitiv anlanmalıdır.
  3. Məhsulun kartı – məhsulun kartına bir neçə alış metodu və bir klikdə satınalma imkanını əlavə etmək məsləhətdir, həmçinin çatdırılma və ödəniş üsulları haqqında məlumatı. Məhsulun xüsusiyyətlərini mümkün qədər ətraflı qeyd etmək zəruridir (xüsusilə elektronika və məişət texnikası sahəsində), fərqli rakurslardan şəkillər əlavə etmək.
  4. Səbətə əlavə edilmə - düymə, istifadəçinin vizual məkanında yerləşən, görünən olmalıdır. Yaxşı olar ki, istifadəçi, düyməyə kliklədikdə, alış-verişə davam və ya sifarişin rəsmiləşdirilməsi təklifi ilə açılan bir pəncərə görsün. Vacibdir! Bildirişin ekranda nümayiş müddəti – 7 saniyədən az olmamalıdır, əks halda, istifadəçi sadəcə olaraq onu oxumağa çatdırmayacaq.
  5. Sifariş rəsmiləşdirilməsi səhifəsi – veb – məhsulun ən vacib elementlərindən biridir. Buna baxmayaraq, burada çoxlu səhvlər yer alır. İlk öncə, o çox çətin olmamalıdır. İkincisi, 5 səhifəlik rəsmiləşdirmə yaratmaq lazım deyil, bu çox güman ki, istifadəçini bezdirəcək, və o saytı tərk edəcək. Üçüncüsu, məcburi qeydiyyatdan imtina edin. Hər şey çox tez həyata keçməlidir.
  6. Təşəkkür səhifəsi – onuda unutmaq lazım deyil. Burada, Sizin sosial şəbəkələrə abunə olmağı (müvafiq səhifələrə keçid imkanı ilə) istifadəçiyə təklif etmək olar.

Reklam etdiyimiz bütün saytlarda hadisələrin izlənməsi məqsədi ilə Facebook Pixel tətbiq olunur. Nəticə etibarı ilə, müəyyən addımlarda yaranan problemləri görür və həll etməyə çalişiriq.

Nə dərəcədə gözəl reklamınız və heyrətamiz kreativləriniz olsa da – saytın UI/UX – ləri nəzərə alınmazsa, onlayn mağaza satış etməyəcək. 

Paylaşmaq:
Share on facebook
Share on twitter
Share on linkedin
Share on twitter
Share on telegram

Comments are closed.